"Google” şirkəti özünün "YouTube” musiqi xidmətinin yeni dizaynını rəsmən təqdim edib.
anews.az lent.az-a istinadən xəbər verir ki, dəyişikliklər həm mobil versiya, həm də veb-versiyaya aiddir.
Ən radikal dəyişiklik loqotipdə olub. İndi xidmətin adı və qırmızı işarə ayrılıb, bunun sayəsində təsvir ekranın ölçüsünə asanlıqla uyğunlaşır. Tərtibatçılar bildirir ki, yeni dizayn "Google”ın "Material Design” konsepsiyasına uyğun hazırlanıb. Bu, interfeysi sadələşdirməyə və əlavə elementləri yığışdırmağa imkan verib.
Əsas yeniliklərdən biri gecə rejimidir. Bu funksiya gecə vaxtı istifadəçinin gözünün yorulmasının qarşısını almalıdır. Bundan başqa, xidmət vertikal videoları dəstəkləməyə başlayır. İndi bu cür videolar mobil versiyada qara çərçivə olmadan baxılacaq.
Daha bir yenilik ekrana iki dəfə basmaqla videonu irəli-geri fırlatmaq imkanıdır. Mobil versiyada sürətin dəyişdirilməsi opsiyası da var.
Tərtibatçılar yeniliyi tədricən bütün dünya üzrə tətbiq edəcəklərini və yeni versiyaya tam keçidin müəyyən vaxt aparacağını deyiblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !