Türkiyədə Gölbaşı "Sülh-Cəza” məhkəməsi İslam peyğəmbəri Həzrəti Muhammədin (S) təhqir olunduğu 12 videoya girişin bağlanması istiqamətində qəar qəbul edib.
ANS PRESS-in məlumatına görə, Gölbaşı respublika prokurorluğu video paylaşımı portalı "YouTube”da paylaşılan 12 video barədə istintaq başladıb. Videolar portaldan silinməyəcəyi təqdirdə məhkəmə "You-Tube”a da giriş bütün ölkədə bağlanacaq.
Xatırladaq ki, ötən il martın 27-də Türkiyədə "You-Tube” portalına giriş qadağan olunmuş və bu qadağa 13 gün davam etmişdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !