Yozef Blatter: Peşman deyiləm

10:50 | 23.11.2013
Yozef Blatter: Peşman deyiləm

Yozef Blatter: Peşman deyiləm

FİFA prezidenti Yozef Blatter portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldo üçün dediyi sözlərə görə peşman olmadığını bildirib. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan Blatter fikrini belə izah edib: “Ronaldo üçün dediyim sözlərə görə peşman deyiləm. O mənim üçün qeyri-adi futbolçu olaraq qalacaqdır. Meydanda özünü komandir kimi aparır”.Xatırladaq ki, bir müddət öncə FİFA prezidenti ilə “Real”ın hücumçusu arasında kiçik münaqişə yaşanmışdı. Blatter “Qızıl top” uğrunda mübarizədə favoritinin Messi olduğunu açıqlayaraq “Messi əla oynayır, sanki rəqs edir. Ronaldo isə meydanda özünü komandir kimi aparır. O, saç düzümünə Messidən çox pul xərcləyir” demişdi. Ronaldo isə gələn ilin yanvarında baş tutacaq mükafatlandırma mərasiminə qatılmayacağını söyləmişdi. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb