Yük maşını 55 yaşlı qadını vurub öldürdü

22:00 | 03.06.2020
Yük maşını 55 yaşlı qadını vurub öldürdü

Yük maşını 55 yaşlı qadını vurub öldürdü

Xaçmaz şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo” xəbər verir ki, qəza şəhərin Atatürk küçəsində qeydə alınıb. Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Əli Bəşirova məxsus "Mercedes” markalı yük maşını 1965-ci il təvəllüdlü Ələsgərova Xanım Ələnur qızını vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM