Yük maşınını etirazçıların üzərinə belə sürdü- VİDEO

10:38 | 01.06.2020
Bir neçə gün öncə polis tərəfindən öldürülən qaradərili Con Floyda görə iğtişaşların davam elədiyi Amerikanın Minneapolis şəhərində bir yük maşını etirazçı kütləsinin üzərinə doğru hərəkət edib.


"Qafqazinfo”  xəbər verir ki, şəhərin ictimai təhlükəsizlik idarəsi sürücü Boqdan Veçirkonun hərəkətlərini dinc nümayişçiləri təxribata çəkmək cəhdi kimi qiymətləndirib. Sürücü girov hüququndan məhrum edilərək saxlanılıb.

"NBC" telekanalının təqdim etdiyi görüntülərdə izdihamın əvvəlcə yolun ortasına doğru necə hərəkət etdiyi, sonra onlara yaxınlaşan bir yük maşını səbəbiylə ətrafa səpələndiyini görünür. Yük maşını dayandıqdan sonra nümayişçilər onu mühasirəyə almağa başlayıb və içəri girməyə çalışıblar.

Etiraz edənlərdən heç kimin xəsarət almadığı bildirilib.




www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM