Yük maşınlarına məhdudiyyət qoyulur

12:54 | 22.07.2019
Yük maşınlarına məhdudiyyət qoyulur

Yük maşınlarına məhdudiyyət qoyulur

15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar iyulun 28-dək tədbirlərin keçirildiyi ərazi üzrə küçə və prospektlərdə yük maşınlarının hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir. 

Anews.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib.
"Beynəlxalq tədbirin keçirildiyi ərazilərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və Bakı şəhərində süni sıxlığın yaranmaması məqsədilə yük maşınlarının sürücülərinə, sahiblərinə və daşıyıcılara tövsiyə edilir ki, müvəqqəti olaraq, yəni iyulun 28-dək şəhərin mərkəzi istiqamətində yük maşınlarından istifadə edilməsin.

Belə ki, Xırdalan dairəsi Beynəlxalq Avtovağzal Kompleksi yanından, Lökbatan dairəsindən yük maşınlarının şəhərin mərkəzinə doğru hərəkətinə məhdudiyyət tətbiq edilir və istiqamət dəyişdirilir”, - deyə qurum rəsmisi qeyd edib .
Vaqif Əsədov yük maşınlarının sürücülərinə, sahiblərinə və daşıyıcılarına mövcud vəziyyəti nəzərə alıb alternativ variantlar üzrə hərəkət etmələrini tövsiyə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb