Yumor ustası Yerevan meri seçildi

13:15 | 24.09.2018
Yumor ustası Yerevan meri seçildi

Yumor ustası Yerevan meri seçildi

Dünən Ermənistanda Yerevan Ağsaqqallar Şurası növbədənkənar seçkilər keçirilib.

Oxu.Az erməni KİV-ə istinadla xəbər verir ki, Mərkəzi Seçkilər Komissiyası gecə saatlarında seçkilərin nəticələrini elan edib: seçkilərdə Ermənistan baş naziri Nikol Paşinyanı dəstəkləyən "Mənim addımın” bloku qələbə qazanıb. 

Seçicilərin 81,06%-i bu bloka səs verib. 

Bununla da blokun rəhbəri, yumor ustası Ayk Marutyan Yerevan meri seçilib. 

Yerli KİV-lər seçkilərdə fəallığın 43,65 faiz olduğunu açıqlayıblar. Eyni zamanda seçki prosesində 129 pozuntu halı aşkar edilib. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM