Yumşalmadan sonra Bakı sakinləri küçələrə axışdı - VIDEO

20:20 | 18.05.2020
Bu gündən başlayaraq insanların "SMS –icazə” ilə evdən çıxması ləğv olunub.
 
Eləcə də kafe-restoran, çay evləri və bütün ictimai iaşə obyektlərnin fəaliyyətinə saat 08:00-dan 18:00-a qədər icazə verilib.
Bununla yanaşı son 3 gündə virusa yoluxanların sayı 100-ü ötür. Anews.az bu gün paytaxrda müşahidə aparıb.
 
Gördüklərimizə əsasən bir neçə obyektdə qaydalara əməl edilmir. Bəzi iaşə obyektinin sahibləri maska və əlcəklərdən istifadə etmirlər. Bundan başqa, insanlar arasında sosial məsafə demək olar ki saxlanılmır.
 
Bəs görəsən paytaxt sakinləri karantin rejiminin bitməsi ilə bağlı nə düşünür?

Yeni qaydalarda fəaliyyət göstərən bütün iaşə müəssələrində masa məsafəsi 1,5 metrdən az olmamalıdır. Müəssisələrdə işçi heyəti təmiz iş geyimi, əlcək və digər gigenik vasitələrlə təmin edilməlidir.

Kafelərdən birinin işçisi müştərlərin sayının hələ ki çox az olduğunu deyir.
 
Ətraflı videoreportajda:
 
Hazırladı:
 
Əmin Rüstəmzadə
Gülnar Nazimqızı


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti