"Yumşaq kresloda oturmaqla təhsil idarə etmək olmaz" - Kamran Əsədov

17:41 | 22.09.2020

"Yumşaq kresloda oturmaqla təhsil idarə etmək olmaz" - Kamran Əsədov

Dərs ili başlayandan sentyabrın 21-ə kimi Azərbaycanda 95 şagird və 26 pedaqoji kollektiv üzvündə  koronavirus aşkarlanıb, bu barədə Azərbaycan respublikasl Təhsil Nazirliyi məlumat yayıb. 

Bəs görəsən bir həftə ərzində şagirdlər arasında yoluxma hallarının 95-ə çatması nə ilə bağlıdır?
 
Təhsil eksperti Kamran Əsədov anews.az-a açıqlamasında bildirib ki, yoluxma hallarının daha da artması qaçılmazdır. Çünki təhsilimizdə bir çox problemlər var.

"Mən bu gün 30-dan çox məktəbdə monitorinq keçirtdim. Doğrudür validenlər məktəbə buraxılmır, amma bu məsələnin həlli yolu deyil.  Şagirdlər eyni girişdən girib çıxırlar.  Əslində isə məktəbin girişi və çıxışı  fərqli olmalıdır. Hətta deyərdim ki, məktəbin bir neçə çıxışı olmalıdır. Çünki belə hallda məktəblilər üzbəüz gəlməyəcək və bu yoluxmanın artmasının qarşısını ala biləcək". 
 
Ekspert onu da bildirdi ki, məktəblərin qarşısında valideynlərin sıxlığının yaranmaması üçün xüsusi işarələr qoyulmalı  və valideynlər onlara uyğun davranmalıdır. Hazırda məktəblərin qarşısında isə validenlər nə sosial məsafə gözləyir, nə maska taxır.

Kamran Əsədov onu da əlavə etdi ki, yaşlı şəxslərin, risk qrupuna daxil olan vətəndaşların məktəb binasının qarşısına  buraxılması yolverilməzdir. Bu yoluxmanın artması üçün təhlükə yaradır. "Maraqlıdır ki, Dövlət İmtahan Mərkəzi 240 min şagird arasında imtahan keçirtdi və bir yoluxma halı olmadı. Təhsil nazirliyi bir həftədir dərslərə başlayıb artıq yoluxma sayı 100-ü keçib",  -  deyə Əsədov vurğuladı. .
 
Ekspert pandemiya dövründə təhsil nazirliyinin təşkilatçılığının çox aşağı səviyyədə olmasını da qeyd edərək bildirdi ki,  təhsili facebook və yumşaq kresloda oturmaqla idarə etmək olmaz. Məktəblərə gedib vəziyyətlə maraqlanmaq lazımdır. Əks halda durum belə davam edərsə 2 həftə sonra tədris prosesi yenidən dayana bilər. 
 
Məsələ ilə bağlı həkim infeksionist Fərrux Sədirov bildirdi ki, ilk öncə  koronavirusa yoluxma halının həqiqətənmi məktəbdə baş verib vermədiyini araşdırmaq lazımdır. "Çünki şagird məktəbə  evdən gəlir, cəmiyyət içində olur, bir  və bir neçə ictimai nəqliyyata minir. Onun məktəbdə yoluxduğunu təsdiq edən bir test yoxdur. Odur ki,  şagirdin harada yoluxmasının heç bir önəmi yoxdur. Problem maskalardan düzgün istifadə olunamasındadır", deyə həkim vurğuladı.

"Mən həkim olaraq 7 aydır hər gün 130 koronaviruslu xəstəlsini müayinə edirəm. Ətrafımda iş yoldaşlarım, ailəmdə ailə üzvlərim maskadan düzgün istifadə etmədiyi üçün artıq bu xəstəliyə yoluxublar. Mən isə maskadan düzgün istifadə etdiyim üçün özümü təhlükədə hiss etmirəm. Deməli bu xəstəliyə illərlə yoluxmamaq olar. Bunun üçün qeyd olunan qaydalara düzgün əməl etmək kifayətdir. Sadəcə insanları hər gün doğru şəkildə maarifləndirmək lazımdır. Bəzi tip insanlar da var ki, qaydaları bilib məsuliyyətsizlik edir. Bu isə yoluxma hallarının artmasına səbəb olacaq” - deyə əlavə etdi.
 
Yoluxma halları çoxalarsa məktəblər bağlana bilərmi sualına isə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirdi ki, bu onların verə biləcəyi qərar deyil. Bütün qərarlar Operativ Qərargah tərəfindən qəbul olunur.
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb