Yunan bankları bütün həftəni bağlı qalacaq

12:17 | 09.07.2015
Yunan bankları bütün həftəni bağlı qalacaq

Yunan bankları bütün həftəni bağlı qalacaq


Yunanıstan bankları iyulun 13-dək bağlı qalacaq, bankomatdan gündə 60 avro (66 dollar) çıxarmaq limiti də qüvvədə qalır. Bunu Yunanıstan Maliyyə Nazirliyi bildirib.

Banklar iyunun 29-da bağlanıb. Ölkənin beynəlxalq kreditorlara borcu üzrə danışıqlar baş tutmayıb.

İyulun 8-də baş naziri Alexis Tsipras vəd edib ki, iyulun 9-da hökuməti kreditorlara "etibarlı islahat” təklifləri təqdim edəcək.

Hökumət ərzaq və yanacaq təchizatına təhlükə olmadığın deyir.

Yunanıstan iflasdan qurtarmaq üçün borcun üçüncü hissəsini almağa can atır. Ölkənin avrozonadan çıxacağı gözlənir.

Yunanıstanın yardım əvəzində ciddi islahatlar planı irəli sürməsi üçün avrozona liderləri iyulun 9-nu son tarix qoyublar.

AB-nin 28 üzvünün itirakıyla təhlükəsizlik sammiti iyulun 12-də keçiriləcək. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM