Yunan nazir Avropa ilə dialoqu asanlaşdırmaq üçün istefa verib

18:57 | 06.07.2015
Yunan nazir Avropa ilə dialoqu asanlaşdırmaq üçün istefa verib

Yunan nazir Avropa ilə dialoqu asanlaşdırmaq üçün istefa verib

Yunanıstan referendumunda seçicilər hökümətin mövqeyini dəstəklədiklərinə və beynəlxalq kreditorların şərtləri əleyhinə səs vermələrinə baxmayaraq, ölkənin Maliyyə naziri Yanis Varoufakis istefa verdiyini elan edib.

"Bugündən vəzifəmdən istefa verirəm”, Yanis Varoufakis Twitter səhifəsində yazıb.

Varoufakisin yazdığına görə, referendumun nəticələri elan olunduqdan sonra ona çatdırılıb ki, Avroqrupun bəzi üzvləri və digər tərəfdaşlar Yunanıstanla danışıqlarda görüşlərdə "məni görmək istəmirlər".

"Bu səbəbdən Baş nazir hesab etdi ki, mənim istefam danışıqların nəticə ilə bitməsinə şərait yarada bilər", Yanis Varoufakis qeyd edib.

Baş nazir Aleksis Tsipras bazar günü keçirilmiş referendumun nəticələrindən danışarkən, onun həmvətənlərinin "cəsarətli seçim" etdiklərini vurğulayıb.
Kreditorların təklifi rədd edilib

Yunanlar böyük səs çoxluğu ilə beynəlxalq kreditorların fövqəladə kredit ayırmasına "yox" deyib, Yunanıstan Daxili İşlər Nazirliyinin açıqladığı rəqəmlər bildirir.
Səslərin son hesablamasına görə, 61.3 faiz seçici təklifin əleyhinə, 38.7 faizi isə lehinədir.

Hakim Syriza partiyası kreditorların istəklərini "alçaldıcı" adlandıraraq, xalqı "yox" deməyə çağırmışdı, bu isə Yunanıstanın Avrozonadan çıxmasına gətirə bilər.
Referendumda seçicilərin 62.5 faizi iştirak edib.

Yunanıstanın baş naziri Alexis Tsipras bazar günü bildirib ki, yunanlar "həmrəy və demokratik" Avropaya səs verib.

"Sabahdan Yunanıstan danışıqlar masasına ölkənin iqtisadi sabitliyini müzakirə etmək üçün dönəcək", o televiziya ilə çıxışında bildirib.
"Bu dəfə borclar danışılacaq", o Beynəlxalq Valyuta Fondunun da Yunanıstanın borcunun yenidən strukturlaşdırılmasının vacibliyini deyərək əlavə edib.
Lakin bəzi avropalı rəsmilər "yox" cavabının kreditorlarla müzakirənin açıq rədd edilməsi kimi anlaşıldığını bildirib.
Avrozonada maliyyə nazirlərinin rəhbəri olan Jeroen Dijsselbloem deyib ki, "səsvermənin nəticəsi Yunanıstanın gələcəyi üçün çox təəssüfedicidir".
Almaniyanın Kansler müavini Sigmar Gabriel deyib ki, "Yunanıstanla yenidən danışıqların aparılmasını təsəvvür etmək çətindir".
Lakin bəzi avropalı məmurlar səsvermə nəticələrinə pozitiv yanaşıb.

İtaliyanın xarici işlər naziri Twitterdə yazıb ki, "yenidən müqavilə bağlamağın vaxtıdır, lakin Avropa inkişaf istəmədikcə, yunan labirintindən çıxmaq olmayacaq".
Belçikanın maliyyə naziri də bildirib ki, "qapı həmişəki kimi açıqdır".

Avropa Komissiyasının nümayəndəsi bildirib ki, artıq avrozona liderləri ilə məsləhətləşmələr aparır, bazar ertəsi isə Aİ və AŞ nümayəndələri arasında telefon konfrası təşkil edəcək.

Almaniya kanslari Angela Merkel və Fransa prezidenti Francois Hollande bazar ertəsi Parisdə görüşəcək, sammit isə çərşənbə axşamı keçiriləcək. /BBC Azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM