Yunanıstan böhranı: Avrozona referendumdan əvvəl danışıqları istisna edir

18:41 | 02.07.2015
Yunanıstan böhranı: Avrozona referendumdan əvvəl danışıqları istisna edir

Yunanıstan böhranı: Avrozona referendumdan əvvəl danışıqları istisna edir

Avrozona Maliyyə nazirləri Yunanıstanda bazar günü referendum keçirilənədək bu ölkəyə yeni maliyyə yardımının ayrılmasına dair Afina ilə danışıqlar aparmaqdan imtina ediblər.

Bazar günü referendumunda əhalidən Avropa kreditorlarının ötən həftə Afinaya təqdim etdikləri təkliflərə "hə" və ya "yox" cavabını vermək xahiş olunacaq.
Baş nazir Aleksis Tsipras əhalini referendumda avropalı kreditorların son şərtlərinə "yox" deməyə çağırıb.

Maliyyə naziri Yanis Varoufakis kreditorları Yunanıstanı hədələməkdə etməkdə ittiham edib.

Eyni zamanda o, söz verib ki, referendumdan sonra, qısa bir zaman ərzində kreditorlarla sövdələşmə əldə ediləcək, banklardan pul çıxarışlarına qoyulmuş məhdudiyyətlər zəiflədiləcək.

Avropa Mərkəzi Bankı (ECB) ötən həftəsonu Yunanıstan bankları üçün likvidlik xəttini dondurduqdan sonra, bu həftənin əvvəlindən ölkə bankları qapalı qalmaqdadır.

Bankomatlardan nəğd pulun çıxarışlarına vətəndaşlar üçün gündəlik €60 məhdudiyyəti, təqaüdçülər üçün isə həftədə €120 məhdudiyyəti tətbiq edilir.

BBC Azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM