Yunanıstan borcunu qaytara bilmir

20:57 | 25.05.2015
Yunanıstan borcunu qaytara bilmir

Yunanıstan borcunu qaytara bilmir


Yunanıstanın iyunun 5-də vaxtı bitən Beynəlxalq Valyuta Fondunun krediti üzrə ödəniş etmək imkanı yoxdur.

Ölkənin Daxili İşlər nazirinin sözlərinə görə xəzinədə ödəniş etmək üçün pul qalmayıb.

"Beynəlxalq Valyuta Fondu 1,6 milyard avro pul ödəməlidi, ödəniş edilməyəcək, pul yoxdur", - Nikos Vutsis yerli televiziya kanalının efirində deyib.
Yunanıstan beynəlxalq kreditorlarla yeni maliyyə yardımı proqarmı ilə bağlı danaşıqlar aparmağa və ölkənin üzərinə düşən borc yükünü yüngülləşdirməyə çalışır.
Bundan əvvəl BBC-ə müsahibəsində Maliyyə naziri Yanis Varufakis bildirmişdir ki, beynəlxalq kreditorlarla danışıqlarda Yunanıstan güzəştə gedib və qarşı tərəfin də güzəştlər edəcəyinə ümid edir.

O, əlavə edib ki, ölkənin avrozonadan çıxması Yunanıstan üçün "faciə" olardı, lakin eyni zamanda bu vahid avropa valyutasının da sonu demək olacaq.
İyun ayının əvvəlinədək Afina borcların ödənməsinə beynəlxalq kreditorlardan möhlət ala bilməsə, ölkə defolt vəziyyətinə düşə bilər.

Yunanıstanın ümumi borcu hazırda 323 milyard avro təşkil edir, bu isə ÜDM-in 175 faizini təşkil edir.

Aİ-də 2010-cu ildə maliyyə böhranı başlanandan Yunanıstanda iqtisadiyyat 25% azalıb, gənclər arasında işsizlik isə 50% təşkil edir.

BBC Azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM