Afina həmçinin iyuna təyin olunmuş daha 4 ödənişi birləşdirmək qərarına gəldiyini elan edib.
Yunanıstan hökuməti iyunun 30-da başa çatacaq son müddətə kimi toplam €1.5 milyardlıq ödəniş öhdəliyini yerinə yetirməlidir.
Baş nazir Alexis Tsipras maliyyə ehtiyatları tükənənədək yeni kreditin açılmasına dair Aİ və BVF-lə sövdələşmə əldə etməyə çalışır.
Hərçənd ki, Yunanıstan kreditorları tərəflər arasında fikir ayrılığının qaldığını deyirlər.
Cənab Tsipras cümə axşamı məsələ ilə bağlı Brüsseldə keçən danışıqlardan sonra kreditorlarla razılaşmanın mümkün olduğunu bildirib.
Razılşma əldə olunmazsa Yunanıstan defolt və potensial cəhətdən avrozonanı tərk etmək təhlükəsilə üz-üzə gələ bilər. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !