Bu gündən etibarən rəsmi Afina Avropa Mərkəzi Bankına olan borcunu da ödəməyə başlayıb
Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstanın 2 mlrd. avroluq gecikmiş borcunu ödədiyini açıqlayıb. "Report" xəbər verir ki, BVF rəsmisi Ceri Rays (Gerry Rice) həmin borcun 30 iyun və 13 iyul tarixləri arasında yarandığını, amma hazırda rəsmi Afinanın BVF-yə heç bir borcu olmadığını deyib.
Yunanıstan Maliyyə Nazirliyinin rəsmisinin sözlərinə görə, bu gündən etibarən rəsmi Afina Avropa Mərkəzi Bankına (ECB) olan 4,2 mlrd. avroluq borcunu da ödəməyə başlayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !