ANS PRESS-in məlumatına görə, bu gün İstehsal İslahatları, Ətraf Mühitin Mühafizəsi və Energetika Nazirliyinin yaydığı məlumatda deyilir ki, yenidənqurma, ekologiya və energetika naziri Panos Skurletis "SOCAR Energy S.A. Greece” şirkətinin baş direktoru Anar Məmmədov ilə görüşüb.
Yunanıstan və Azərbaycan qaz kəmərləri sistemi operatoru DESFA-nın səhmlər paketinin SOCAR-a satılması məsələsinin müzakirə olunduğu görüşdə P.Skurletis yunan hökumətinin Azərbaycan ilə enerji əməkdaşlığı sahəsində nikbin əhval ruhiyyə nümayiş etdirdiyini söyləyib.
O, Transadriatik qaz kəməri (TAP) konsorsiumunun icraçı direktoru Yan Bredşou, xarici əlaqələr üzrə direktor Maykl Hoffman və Yunanıstan üzrə TAP-ın direktoru Rikard Skufiasla görüşüb. Tərəflər texniki məsələləri nəzərdən keçirib və yaxın zamanda TAP-ın Yunanıstanda layihə işlərinə başlamasına imkan verən növbəti addımları aktivləşdirmək üçün başqa məsələləri həll və müzakirə etmək üçün görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.
O, mətbuata açıqlamasında bildirib ki, SOCAR-a satılacaq DESFA-da iştirak payı müzakirələrin əsas mövzusudur və danışıqlar yenə davam etdiriləcək.
Bu ilin may ayında Bloomberg agentliyinin yayadığı xəbərə görə, Yunanıstan hökuməti DESFA-da satılan payın 66%-dən 49%-dək endirilməsi niyyətindədir. Belə ki, Yunanıstanın yeni hökuməti dövlət şirkətlərinin nəzarət paketinin hökumətdə qalmasını istəyir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !