Yunanıstan otellərinə gəlmək istəyən turistlərin sayı sutka ərzində 50 minə yaxın enib, ölkənin turist tənzimləmə nümayəndəsi Andreas Andreadis bildirib.
Onun sözlərinə görə, belə tendensiya davam edərsə, turizm sahəsində əmək bazarı ciddi ziyan görəcək.
Yunanlar da ölkədə böhranla əlaqədar istirahətə daha az xərcləməyə başlayıb.
Bəzi ekspertlər ehtiyat edir ki, kütləvi ödənişlər edilməməsindən restoranlar məhsul almaqda çətinlik çəkə bilər.
Turistlər həmçinin Yunanıstanda bank kartlarından istifadə edə bilmədiklərini deyir.
Hazırda Yunanıstan vətəndaşları üçün gündəlik hesabdan yalnız 60 avro çıxarmaq məhdudiyyəti var, lakin bu xarici turistlərə aid deyil. /BBC Azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !