Yunanıstan NATO-nun məxfi materiallarını Rusiyaya ötürüb?

13:38 | 09.07.2015
Yunanıstan NATO-nun məxfi materiallarını Rusiyaya ötürüb?

Yunanıstan NATO-nun məxfi materiallarını Rusiyaya ötürüb?


Yunanıstanın NATO-dakı müttəfiqlərindən aldığı məxfi materialları Rusiyaya ötürdüyü iddia olunur.

"Report" xəbər verir ki, bu barədə ABŞ-da çıxan "The Daily Beast" qəzeti yazıb.

Qəzet iddia edir ki, NATO-da çoxları Yunanıstanla bölüşdükləri məlumatların, o cümlədən kəşfiyyat mahiyyətli xəbərlərin Moskvanın əlinə keçməsindən ehtiyatlanırlar.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Yunanıstanla işləyən keçmiş əməkdaşı "The Daily Beast"ə  bildirib: "Yunanlar bizim tərəfdə texniki işlə məşğul olur. ABŞ kəşfiyyatı yunanlara heç vaxt etibar etməyib".

Qəzet Qərbdəki xüsusi xidmət orqanlarının rəsmi təmsilçilərinə istinadən yazıb ki, Yunanıstanda "SİRİZA" koalisiyası hakimiyyətə gələndən sonra Moskva ilə Afina arasında qarşılıqlı münasibət daha sıx xarakter alıb: "Afinada diplomatik pasportla işləyən rusiyalı kəşfiyyatçıların sayı çoxalıb".

Qəzet yazır ki, Rusiya və Yunanıstan xüsusi xidmət orqanlarının təmsilçiləri arasında dostluq görüşləri NATO-nun kəşfiyyat qurumları tərəfindən qeyd alınıb və bu, Brüssellə Vaşınqtonu narahat edir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM