Yunanıstan Parlamenti iqtisadi islahatları qəbul edib

13:40 | 16.07.2015
Yunanıstan Parlamenti iqtisadi islahatları qəbul edib

Yunanıstan Parlamenti iqtisadi islahatları qəbul edib

Yunanıstanın millət vəkilləri avrozona ölkələrinin kreditorlarından üçüncü yardım paketini almaq üçün tələb edilən iqtisadi islahatları qəbul edib.

Kreditorlar Yunanıstandan razılaşmanı çərşənbə günündən gec olmayaraq qəbul etməyi tələb edirdi.

Səsvermə gərgin müzakirələr və Parlament qarşısında aksiyalarla müşahidə edilib.

Növbəti 3 il ərzində 86 milyard avro məbləğində yardım paketini almaq istəyən hökumət sərt qənaət tədbirlərinə əməl etməli, vergiləri və təqaüd yaşını qaldırmalıdır.

Razılaşma əleyhinə hakim Syriza partiyası üzvləri, o cümlədən, ultrasolçu və bir qədər əvvələ qədər maliyyə naziri olmuş Yanis Varoufakis səs verib. Baş nazir Alexis Tripas deputatları səs verməyə çağırsa da, islahatların effektivliyinə inanmadığını deyib.

Lakin o bildirib ki, bu "irrasional" təkliflərin qəbulu yunan banklarını dağılmaqdan qoruyacaq.

"Yunan xalqı ağıllıdır və kimin ədalətsiz döyüşdə mübarizə apardığını, kimin silahları təhvil verdiyini anlayır", Tripas qeyd edib. //bbc.com/azeri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM