Yunanıstan rəsmən BVF-nin maliyyə dəstəyi proqramından məhrum oldu

13:02 | 01.07.2015
Yunanıstan rəsmən BVF-nin maliyyə dəstəyi proqramından məhrum oldu

Yunanıstan rəsmən BVF-nin maliyyə dəstəyi proqramından məhrum oldu

Proqramın fəaliyyət müddəti başa çatıb

Yunanıstan rəsmən Beynəlxalq Valyuta Fondunun (BVF) maliyyə proqramından məhrum olub.

"Report" xəbər verir ki, proqramın fəaliyyət müddəti başa çatıb.
Beləliklə, Yunanıstan BVF-yə kredit üzrə ödəniş edə bilməyən ilk inkişaf etmiş ölkə olub.

İkinci maliyyə yardımı paketi çərçivəsində istifadə olunmamış vəsait (7,2 mlrd. avro) Yunanıstan üçün əlçatmaz olub.

Qeyd edək ki, BVF Yunanıstanın 1,5 mlrd. avronu ödəmək iqtidarında olmadığını təsdiq edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM