O bildirib ki, yunanların qarşısında çətin yol var və maliyyə böhranının öhdəsindən yalnız gərgin işlə gəlmək olar.
Son hesablamalara görə, seçkilərdə Syriza 35 faiz, Yeni Demokratiya partiyası 28 faiz, Qızıl Şəfəq partiyası isə 7,1 faiz səs toplayıb.
Mühafizəkar Yeni Demokratiya partiyası məğlub olduqlarını etiraf ediblər.
Seçkilərdə fəallıq 56 faiz təşkil edib. Bu göstərici yanvar seçkilərinə nisbətən az olub.
Syriza parlamentdə 300 yerdən təxminən 144-nə sahib olacaq. Müxalifət 75, mütəqil deputatlar isə 10 yer tutacaq.
Lakin, Syriza hökuməti yaratmaq üçün digər siyasi qüvvələrlə birləşməlidir.
Cənab Tsiprasın sözlərinə görə, o, hökuməti formalaşdırmaq üçün Müstəqil Yunanlar milliyətçi partiyası ilə koalisiya yaratmaq niyyətindədir.
Növbədənkənar seçkinin keçirilməsi barədə qərar bu ilin avqust ayında verilmişdi. O zaman, beynəlxalq kreditorların yeni maliyyə yardımı şərtlərinə razılıq vermiş Syriza partiyasının lideri, baş nazir Alexis Tsiprasın populyarlığı kəskin dərəcədə aşağı düşdüyündən, o, vəzifəsindən istefa vermişdi.
Cənab Tsipras müsahibəsində ölkəsini partiyasından üstün tutduğunu deyib. O bildirib ki, üçillik maliyyə yardımı barədə razılığa gəlinməsəydi Yunanıstan yəqin ki, avrozonanı tərk etməli olacaqdı. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !