Yunanıstan üçün danışıqlara qapılar açıqdır

11:49 | 07.07.2015
Yunanıstan üçün danışıqlara qapılar açıqdır

Yunanıstan üçün danışıqlara qapılar açıqdır


Fransa və Almaniya liderləri iyulun 6-da Yunanıstana deyib ki, ölkəni avrozonada saxlamağın yolunu tapmaq üçün hökumətlə danışıqlara qapı açıqdır.

Parisdəki görüşdən sonra danışan Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande Yunanıstan hökumətini çağırıb ki, tezliklə "ciddi” təkliflər irəli sürsün.

"Çox aydın şəkildə deyirik ki, danışıqlara qapı açıqdır və avrozona liderlərinin sabahkı görüşü də bu mənada başa düşülməlidir,” Merkel deyib.

Avrozonanın ən böyük iqtisadiyyatlarını idarə edən iki liderin xahişilə Yunanıstanı müzakirə etmək üçün iyulun 7-də Brüsseldə avrozona liderlərinin fövqəladə toplantısı keçiriləcək.

Fransa prezidenti Francois Hollande-nın sözlərinə görə, Avropanın Yunanıstan ilə "həmrəylik göstərməsi” vacibdir.

İyulun 6-da beynəlxalq Valyuta Fondu bildirib ki, Yunanıstanda vəziyyətin monitorinqini aparır və xahiş olarsa, köməyə hazırdır. İyulun 5-də yunanlar referendumda borc şərtlərinə "yox” deyiblər. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM