Yunanıstanda fermerlər traktorlarla yolu bağlayıb

17:38 | 04.02.2024
Yunanıstanda fermerlər traktorlarla yolu bağlayıb

Yunanıstanda fermerlər traktorlarla yolu bağlayıb


Yunanıstanda fermerlər etiraz əlaməti olaraq Salonik-Mudanya yolunu bağlayıb.

ERT telekanalının verdiyi xəbərə görə, aksiya fevralın 3-də "Aqrotika” kənd təsərrüfatı sərgisi keçirilən ərazidə başlayıb.Mitinq zamanı fermerlər yola bir neçə yeşik şabalıd və alma atıblar.

Fermerlər hökumətin kənd təsərrüfatı sahəsində vəziyyətin yaxşılaşdırılması üçün atdığı addımlardan narazıdır. Baş nazir Kiriakos Miçotakis may ayından sentyabra qədər elektrik enerjisinin qiymətində fermerlərə 10 faiz güzəşt ediləcəyini açıqlayıb. . Eyni zamanda fermerlərə Günəş panellərinin quraşdırılması üçün subsidiya ayrılacağını bildirib.

Lakin fermerlər bu vədləri yetərli saymırlar və fevralın 5-də daha geniş aksiya keçirməyi planlaşdırırlar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb