Yunanıstanda referendum keçirilir

12:03 | 05.07.2015
Yunanıstanda referendum keçirilir

Yunanıstanda referendum keçirilir

Bu gün Yunanıstanda hökumətin beynəlxalq kreditorlarla olan borcları ilə əlaqədar referendum keçirilir.

Ötən gün səsvermə ilə əlaqədar hökumət səviyyəsində iclaslar axşam saatlarına qədər davam edib. Hazırkı iqtidar Siriza partiyasının nümayəndələri referendumun nəticəsindən asılı olaraq atılacaq addımları müzakirə ediblər.

Avropanın bir sıra ölkələrində, eyni zamanda, Türkiyə və Portuqaliyada yunan xalqına dəstək nümayişləri keçirilib. İstanbul şəhərində fəallar yunanları Avropanın sərt iqtisadi tədbirlərinə qarşı "yox” deməyə çağırıblar. Aksiya iştirakçıları "Siriza, müqavimət göstər”, "İstanbul sizinlədir” - deyə şüarlarla çıxış ediblər.

Portuqaliyanın paytaxtı Lissabonda da, həmçinin, fəallar Yunanıstanın baş naziri Aleksis Tsiprasa dəstəklərini ifadə ediblər.

Tsipras yunan xalqını beynəlxalq kreditorların ağır borc şərtlərinə "yox” deməyə səsləyir.

Yunanıstan böhranlı vəziyyətdən çıxması üçün Beynəlxalq Valyuta Fondu, Avropa Mərkəzi Bankı və Avropa Birliyinə olan borclarını ödəməli və 2018-cü ilə qədər 56 milyard dollar məbləğində yeni kredit müqaviləsi bağlamalıdır.

Qeyri-stabil maliyyə vəziyyəti ilə əlaqədar ölkədə kommersiya banklarının müvəqqəti olaraq fəaliyyətləri dayandırılıb. Hökumət bankların iyul ayının 7-sində fəaliyyətə başlayacağını deyib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM