Yunanıstanda türk və bolqar pulundan istifadəyə başlanıldı

22:16 | 10.07.2015
Yunanıstanda türk və bolqar pulundan istifadəyə başlanıldı

Yunanıstanda türk və bolqar pulundan istifadəyə başlanıldı

Bu, Yunanıstanda yaranan nağd pul qıtlığı ilə bağlıdır

Yunanıstanda yaşanan nağd pul qıtlığı səbəbi ilə ölkənin bəzi şəhərlərində Türk lirəsi və Bolqarıstan levindəm istifadə edilməyə başlanılıb.

"Report” xarici mediaya istinadən bidirir ki, iyunun 28-dən bağlanan bankların açılması üçün deyilən müddət artdıqca sakinlərin nağd pul problemi get-gedə böyüyür, buna görə də Yunanıstanda bir sıra iş yerləri, böyük marketlər və s. ödəniş vasitəsi kimi daha sabit valyuta hesab olunan lev və lirəni qəbul edirlər.

Qeyd edək ki, Yunanıstan Banklar Birliyi bankomatdan çəkilən pullara limit qoyub (gündəlik - 60 avro), yalnız işsizlik müavinəti alanlar və təqaüdçülər 120 avro limitlə pul nağdlaşdıra bilər. 

Bununla yanaşı, Yunanıstanda şəxsi mülkiyyətdə olan adalar satışa çıxarılmağa başlanılıb. "Online şəxsi adalar” saytında Yunanıstanın turistlər tərəfindən sevilən və şəxsi mülkiyyət olan təxminən 17 adası satışa çıxarılıb, bu rəqəmin 120-yə çatacağı ehtimal olunur. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM