Yunanıstanın baş naziri referendumda səs verdi

18:00 | 05.07.2015
Yunanıstanın baş naziri referendumda səs verdi

Yunanıstanın baş naziri referendumda səs verdi




RİA Novosti-nin verdiyi xəbərə görə, səsvermə hüququndan istinadə edən baş nazir Aleksis Tsipras bildirib ki, nəticələri nikbinliklə gözləyir.


Onun sözlərinə görə, yunan xalqının rəyi nəzərə alınmaya bilməz.


Xatırladaq ki, hakim Syriza partiyası beynəlxalq kreditorların yardım paketi şərtlərinin Yunanıstan üçün alçaldıcı olduğunu bəyan edib.


Hökümət əhalini referendumda "yox" deməyə çağırıb, lakin opponentlər xəbərdalıq edir ki, bu halda Yunanıstanın Avrozonanı tərk etməli olacaq.


Yunanıstanın maliyyə naziri Yanis Varoufakis referendumdan bir gün öncə avropa kreditorlarını "terrorçuluqda” ittiham edib.


Səsvermənin ilk nəticələrinin bu gün axşam bilinəcək.



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM