Yunanıstanın energetika naziri Panayotis Lafazanis hökumətdə yerdəyişmə nəticəsində öz postunu tərk edib.
"Reuters”in məlumatına görə, onu keçmiş əmək naziri Panos Skurletis əvəz edib.
Oxu.Az "RİA Novosti”yə istinadla xəbər verir ki, Lafazanis hakim partiyada sollar platformasına başçılıq edir və partiyanın daha 30 deputatı ilə birgə çərşənbə günü Yunanıstanın beynəlxalq kreditorlarla danışıqlara yol açan islahatlar haqqında qanun layihəsinin əleyhinə səs verib.
Energetika naziri postunda Lafazanis Rusiya qazının Avropaya çatdırılması üçün Rusiya ilə danışıqlar aparırdı və bu layihənin tərəfdarı idi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !