Yunanıstanın xarici işlər naziri Nikos Kotzias Azərbaycana rəsmi səfərə gəlib.
"Report"un Yunanıstanın XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, birgünlük səfər çərçivəsində N.Kotzias azərbaycanlı həmkarı Elmar Məmmədyarovla, Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun üzvləriylə, energetika naziri Natiq Əliyevlə görüşlər keçirəcək.
Görüşlərdə ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafı məsələsi müzakirə olunacaq.
N.Kotzias Bakıdan Amsterdama gedəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !