Yunanlar “Qarabağ” azarkeşlərinə hücum etdilər

23:17 | 06.10.2022
Yunanlar “Qarabağ” azarkeşlərinə hücum etdilər

Yunanlar “Qarabağ” azarkeşlərinə hücum etdilər

UEFA Avropa Liqasının qrup mərhələsində "Olimpiakos”la keçiriləcək səfər oyunu öncəsi "Qarabağ” komandasının azarkeşləri xoşagəlməz halla üzləşib.
 
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Matçın baş tutacağı stadiona yollanan 20-yə yaxın azərbaycanlı azarkeş "Olimpiakos”un fan-klubunun hücumuna məruz qalıb.
 
Yalnız polisin müdaxiləsindən sonra onların təhlükəsizliyini təmin etmək mümkün olub. Təhlükəsizlik əməkdaşları gözyaşardıcı qazdan istifadə edib.
 
Məsələyə "Qarabağ” rəhbərliyi də biganə qalmayıb. Ağdam təmsilçisinin müdaxiləsindən sonra "Qarabağ” azarkeşləri təhlükəsiz sektora yerləşdirilib.
 
 "Georgios Karaiskakis” stadionunda keçiriləcək "Olimpiakos” – "Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM