Yunanıstan qarışdı: Afinanı yandırdılar

23:07 | 04.12.2014
Yunanıstan qarışdı: Afinanı yandırdılar

Yunanıstan qarışdı: Afinanı yandırdılar

Yunanıstanda on minlərlə adam aclıq aksiyası keçirən Nikos Romanosa dəstək üçün paytaxt Afinanı döyüş meydanına çevirib.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, məhbus olduğu həbsxanada tələbə təqaüdünə görə aclıq aksiyası keçirən Romanos adlı gəncə dəstək üçün təşkil edilən nümayişlərdə toqquşmalar meydana gəlib. Monastiraki Meydanında toplaşan təxminən 10 min nəfərlik qrup Eksarhiaya doğru yürüşə başlayıb. Yürüş əsnasında ətrafda təhlükəsizlik tədbirləri görən polis qruplarına daş və molotof kokteyli atan nümayişçilərə qarşı gözyaşardıcı qaz istifadə edilib.

Qarşıdurmadana sonra 15 nümayişçi nəzarət altına alınıb, 10 avtomobil, 1 avtobus və çox sayda zibil konteynerinin yandırılıb, bank şöbələrinə də ciddi ziyan dəyib.

Bank qarəti cinayəti ittihamı ilə 15 il həbs cəzasına məhkum edilən 21 yaşlı Romanos ali təhsil imtahanlarında uğur əldə etdikdən sonra təqaüd verilməsini istəyərək 10 noyabrda aclıq aksiyasına başlamışdı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti