Yunanıstanın yeni baş nazıri vəzifəsinə başladı - ilklərə imza atmaqla

10:37 | 27.01.2015
Yunanıstanın yeni baş nazıri vəzifəsinə başladı - ilklərə imza atmaqla

Yunanıstanın yeni baş nazıri vəzifəsinə başladı - ilklərə imza atmaqla

Yunanıstanda and içmədən (dini) rəsmən baş nazir vəzifəsini icra etməyə başlayan Aleksis Tsipras ilk günündə ikinci ilkə imza atıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, yeni baş nazir Tsipras rəsmi mərasimdən sonra işğalçı faşistlərin 200 yunan siyasətçisini qətl etdiyi Kessariani mövzeleyinə gəlib. Ekspertlər bunu yunan baş nazirin Almaniyaya mesajı kimi qiymətləndiriblər.

Ziyarət zamanı yunanlar yeni baş nazirə sevgi nümayiş etdiriblər. Sadə vətəndaşlar "Burada çox sentimental ortam var. İnanıram ki, Tsipras və komandası bizdə xəyal qırıqlığı yaşatmaz. Bu ziyarət öz ölkələrində neo-faşizm və xarici düşmənlərə qarşı mübarizə aparan demokratik Almaniyaya bir mesajdır".

A.Tsipras seçkilər zamanı öz ölkəsi ilə "Troyka" (Avropa Birliyi, Avropa Mırkəzi Bankı və İMF) arasında bağlanan kredit müqaviləsinin yenidən müzakirə olunmasınını vacibliyini qeyd etmişdi. O, müqaviləyə Almaniya və yunan hökumətlərinin atdığı imzanı xatırlatmışdı.

Yunanıstanda erkən parlament seçkisində zəfər çalan SYRİZA lideri Aleksis Tsipras ateist olması səbəbilə "İncil"ə əl basaraq and içməyib. O, sadəcə Yunanıstanın prezidenti Karolos Papulyasın önündə siyasi and içib.

 
ANN.Az
 
 
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM