Son iki gün ərzində Qəzza bölgəsində daha 9 fələstinli uşaq öldürülüb.APA-nın BMT Xəbər Mərkəzinə istinadən verdiyi məlumata görə, İsrailin iyulda başladığı hərbi əməliyyat nəticəsində ölən uşaqların sayı 469-a çatıb.YUNİSEF-in Qəzzadakı bölməsinin rəhbəri Pernilla Ayrinsayd bildirib ki, Qəzzada keçirilən hərbi əməliyyat nəticəsində ölən uşaqların sayı arta bilər. Onun sözlərinə görə, ötən müddət ərzində bölgədə 3 min uşaq yaralanıb.Hazırda Qəzzada YUNİSEF-in 50 əməkdaşının çalışdığını deyən P.Ayronsayd bildirib ki, onlar uşaqlarla psixoloji iş aparırlar. Artıq 3 min uşağa yardım göstərilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !