Yurgen Klinsmann: "Möhtəşəm oyun, əsl triller oldu"

16:01 | 02.07.2014
Yurgen Klinsmann: "Möhtəşəm oyun, əsl triller oldu"

Yurgen Klinsmann: "Möhtəşəm oyun, əsl triller oldu"

ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann "DÇ-2014"ün 1/8 finalında məğlub olduqları Belçika ilə oyun haqda fikirlərini bölüşüb.Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, oyundan sonra keçirilən mətbuat konfransında danışan təcrübəli mütəxəssis məğlubiyyətə baxmayaraq futbolçuları ilə qürur duyduğunu bildirib:"Komandam 120 dəqiqə ərzində 100 faiz gücünü ortaya qoydu. Lakin təəssüf ki, sonda uduzduq. Möhtəşəm oyun, əsl triller oldu. Oyun ərzində bir neçə dəfə hesabı bərabərləşdirmək şansımız olsa da, bundan yararlana bilmədik. Rəqibi təbrik etmək istəyirəm. Futbolçularımla qürur duyuram. Təkcə, bu oyun üçün deyil, ümumilikdə turnirdəki çıxışına görə komandamdan razı qaldım. Amerika bizimlə fəxr edə bilər".Qeyd edək ki, əlavə vaxtda Belçikaya 1:2 hesabı ilə uduzan ABŞ yığması mundialda mübarizəni dayandırıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb