Yuri Syomin “Qəbələ”ni Rusiya yığmasına bənzətdi

12:26 | 15.11.2013
Yuri Syomin “Qəbələ”ni Rusiya yığmasına bənzətdi

Yuri Syomin “Qəbələ”ni Rusiya yığmasına bənzətdi

“Biz hücum etməyi sevən və buna çalışan gənc komandaya malikik. Rusiya yığmasındakı kimi müdafiə xətti ilə bağlı bəzi problemlərimiz var. Amma inanıram ki, bunlar həll olunası problemlərdir”.

ANN.Az-ın məlumatına görə, bunu “Qəbələ” futbol komandasının baş məşqçisi Yuri Syomin “Sport-Ekspress”ə müsahibəsində deyib.

 

Hazırda Topaz Premyer Liqasında 3-cü pillədə yer aldıqlarını xatırladan rusiyalı mütəxəssis hələ də 1-ci yerə iddialı olduqlarını bildirib: “Ümidvaram ki, Avropa Liqasına vəsiqə qazanmaq üçün tapşırığı yerinə yetirə biləcəyik. Bu, ilk addımımız olmalıdır. Ondan sonra isə inkişaf edəcəyik ”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM