Yusif Səfərov küçəsi yeni görkəmdə sürücülərin istifadəsinə verildi - FOTOLAR

22:21 | 10.04.2017
Yusif Səfərov küçəsi yeni görkəmdə sürücülərin istifadəsinə verildi  - FOTOLAR

Yusif Səfərov küçəsi yeni görkəmdə sürücülərin istifadəsinə verildi - FOTOLAR

Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektindən Afiyəddin Cəlilov küçəsi istiqamətinə olan hissəsi də təmir edilərək sürücülərin istifadəsinə verilib.

Bu barədə Trend-ə "Azəravtoyol" ASC-dən məlumat verilib.

Bildirilir ki, 1.25 km uzunluğunda olan Yusif Səfərov küçəsi hər iki istiqamət üzrə tam olaraq yenidən qurulub. Küçə boyu aparılan yenidənqurma çərçivəsində genişləndirmə işləri aparılıb. Mövcud yol ayrıcının eninin kiçildilməsi nəticəsində yol 5 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilib. Yol ayrıcının 2 min m2 sahəsinə tamet daşlar döşənib, yaşıllaşdırma və abadlıq işləri aparılıb, kənarına isə 2500 p/m yeni səki daşı düzülüb.

Bundan başqa, küçənin köhnə asfalt-beton örtüyün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtük döşənib. Asfaltlanma işləri təqribən 60 min m2 sahəni əhatə edib. Asfaltlanma işləri bitdikdən sonra yolcizgi və yolgöstərici xətlər çəkilib, zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Küçə boyu ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun sağ hissəsində xüsusi hərəkət zolağı ayrılaraq müvafiq nişanlama xətləri və nişanlarla təmin edilib.

Qeyd edək ki, bir müddət bundan öncə Yusif Səfərov küçəsinin 28 may küçəsi ilə kəsişməsindən Afiyəddin Cəlilov küçəsi ilə kəsişməsinədək olan hissəsində hər iki istiqamət üzrə yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb. Yenidənqurma işləri çərçivəsində küçənin sözügedən hissəsində yol ayrıcında söküntü işləri aparılıb. Həmin hissədə yol hər iki istiqamət üzrə 3 hərəkət zolağından 5-6 hərəkət zolağına qədər genişləndirilib. Həmçinin, Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədə olan geri dönmə hissə ləğv edilib. Bunun əvəzinə 28 may küçəsi ilə kəsişməyə yaxın ərazidə yeni geri dönmə hissə yaradılıb. Yusif Səfərov küçəsinin yenidən qurulması sözügedən ərazidə sıxlığın azalmasına, şəhər mərkəzinə doğru və əksinə bu istiqamətdən giriş-çıxışının rahatlaşmasına gətirib çıxarıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM