Kulis.Az-ın keçirdiyi “Azərbaycan ədəbiyyatında 3 ən yaxşı roman hansıdır?” sorğusundan sonra bir sıra yazarlar nəticələrdən narazı qalaraq seçim edən yazarları zövqsüzlük və məlumatsızlıqda ittiham ediblər. Yusif Səmədoğlunun “Qətl günü” romanının ən yaxşı Azərbaycan romanı seçilməsi isə daha çox etiraz yaradıb.AzVision.az-ın məlumatına görə, Rasim Qaraca Yusif Səmədoğlunun qalib gələn romanının oğurluq olduğunu iddia edib: “Eduard Limonov "Major balalar" essesində Yusif Səmədoğlu kimi tiplərdən bəhs edir. Bizim təbirlə desək, ədəbiyyat nümayəndələrinin əsl qiymətini verir. Dədəsi sayəsində sənətə gələn və şöhrət qazanan insanları Rus xalqının qaniçənləri adlandırır. Bizim yaşlı və gənc yazarlarda heç heysiyyat deyilən şey yoxdur. Yusif Səmədoğlu qrafoman bir yazıçı olub, sağdan-soldan oğurladığı süjetlərlə qondardığı o "Qətl günü" romanı da heç bir ədəbi dəyər daşımır. Özünüzü aldatmayın.”
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !