Yuşşenko: "Bütün münaqişələr əvvəl yaradılır, sonra isə dondurulur"

17:43 | 10.03.2016
Yuşşenko:

Yuşşenko: "Bütün münaqişələr əvvəl yaradılır, sonra isə dondurulur"

"Ukraynanın şərqində baş verənlərlə bağlı Rusiya bəyan edir ki, bu, ukraynalılar arasında baş verən münaqişədir. Lakin bu mövqe cəfəngiyyatdır”.
 
APA-nın məlumatına görə, bunu IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Ukrayna regional təhlükəsizliyin dönüş nöqtəsi kimi” mövzusunda paneldə Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko deyib.
 
Onun sözlərinə görə, insanların beynində belə bir fikir yer alıb ki, niyə Ukraynanın ilhaq olunmuş ərazisində Rusiya ordusu var: "Bu, böyük ordudur. Bir çox Avropa ölkələrinin ordusundan böyükdür. 12 minə yaxın peşəkar Rusiya ordusu, yarım hərbi qruplar Ukraynada müharibə aparır. Ola bilər Ukraynada baş verənlər o miqyasda deyil ki, Avropada sülh yaşayışına təsir göstərsin. Avropada insanlar bunu hiss etmir. Bunun ölçüsünü müəyyən etmək üçün Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Denstryanında olan münaqişələrə baxmaq lazımdır. Bunlar milli münaqişələrdir. Və bu münaqişələrin hamısı Rusiyanın məsələsidir".
 
V. Yuşşenko deyib ki, bu münaqişələrin hamısının bir ssenarisi var: "Bütün münaqişələr əvvəl yaradılır, sonra isə dondurulur. Dağlıq Qarabağ və ya Dnestryanı münaqişələr illərdir uzanır. Bizim və sizin azadlıqlarınız bir-biri ilə bağlıdır. Bütün bu problemləri həll etmək üçün birləşmək lazımdır".
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti