“Yuventus” küçədə qaldı

14:04 | 11.12.2013
Dünən Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray" - "Yunvetus" matçının təxirə salımasının ardından qonaq komanda xoşagəlməz hadisə ilə üzləşib.Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir oteldə qalan və matç sonrasında birbaşa İtaliyaya qayıtmağı planlaşdıran "Yuventus" "Türk Telekom Arena"dan çıxdıqdan sonra yenə həmin otelə qayıdıb. Ancaq bu zaman artıq bütün otaqlar müştərilərlə dolu olduğu üçün Antonio Kontenin komandası iki saat küçədə qalıb. Sonradan "Qalatasaray" nümayəndələrinin səyi ilə İtaliya klubunun üzvləri başqa bir otelə yerləşdirilib.Qeyd edək ki, dünən təxirə salınan "Qalatasaray" - "Yuventus" matçı bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM