"Yuventus" Ronaldunu satmaq istəyir

18:00 | 11.03.2021
İtaliyanın "Yuventus" klubu yayda ulduz futbolçusu Kriştianu Ronaldu ilə yollarını ayıra bilər.

Bu barədə tanınmış jurnalist Nikola Skira özünün tvitter hesabında yazıb.

O bildirib ki, 36 yaşlı hücumçunun maaşı çox yüksək olduğundan, Turin təmsilçisi onu yay transfer dönəmində satmağı düşünür.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Yuventus"la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun maaşı ildə 31 milyon avrodur.
 
Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniyanın "Real Madrid" klubundan 117 milyon avroya keçib.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM