"Yuventus" Türkiyə millisinin daha bir üzvünü transfer etmək istəyir

22:00 | 16.11.2020
İtaliya "Milan"ında çıxış edən Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu klubunu dəyişə bilər.

Anews.az "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Yuventus"un maraq dairəsindədir.

Milan təmsilçisi türkiyəli oyunçu ilə müqaviləni yeniləmək barədə razılığa gələ bilmir. Bu səbəbdən onu heyətinə qatmaq istəyən klublar daha da fəallaşıb.
"Yuventus" Çalhanoğlunu qışda ilkin müqaviləyə, yay transfer dönəmində isə transfer üçün razı salmağa çalışır. İspaniya "Atletiko"su da yarımmüdafiəçi ilə yaxından maraqlanır.

Qeyd edək ki, Hakan Çalhanoğlunun "Milan"la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. "Yuventus"da Türkiyə millisinin daha bir futbolçusu Merih Demiral da çıxış edir.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM