ARB TV-nin "Bu qədər" proqramında növbəti buraxılışında mərhum aparıcı Ceyran Nərimanın həyatından danışılıb.
Aparıcının dostları və qohumları onunla bağlı xatirələrini danışıb:
Səkinə Əzimova - Bacısı: "Ailədə 5 uşaq idik. Ceyran bizim içimizdə fərqlənən uşaq olub. Öz gündəliyində proyektləri ilə bağlı yazılar yazırdı. Həmişə deyirdi, mən öz karyeramı quracam. Sinəsində şiş əmələ gəlmişdi. Həkim bizə dedi ki, əməliyyat olunmalıdır. Bilmirdik bunu Ceyrana necə deyək. Əməliyyat olunmaq istəmirdi. Güclə razı saldıq. Sonuncu ad günündən sonra başında möhkəm ağrılar olduğunu dedi. MRT etdirdik və məlum oldu ki, başında da şiş yaranıb. Səhhəti ilə əlaqədar zəif idi. Gözləyirdik biraz özünə gəlsin onu İrana aparaq. Ayın 4-ü İrana gedəcəkdik, amma o, məzara getdi. Üzü qibləyə uzandı, xırıldamadan can verməyə başladı. Anam indiyədək bilmir. Bəlkə də hiss edir".
Sevil Əzimova - Bacısı: "Ceyran dəcəl, kaprizli uşaq olmayıb. Hər addımına görə anamdan icazə alırdı. Qeyri-adi qız idi. Saf, pak idi, paxıllığı, kini yox idi. Ailə qurmaq həvəsi yox idi. İstəmirdi əməliyyat olunmaq, bircə anama görə razılaşdı. Süd vəzisindən əməliyyat olunandan sonra kompleks yaşayırdı. Ondan sonra qəti qərara gəldi ki, mən heç vaxt evlənməyəcəyəm. Anam onun xəstəyilini bilmədi. Bir müddət sonra kimyaterapiya müalicəsi qəbul etdi. Saçıları töküldü. Anamdan gizlədirdi, onun yanında yaylıq bağlayırdı. Bi dəfə anamın yanında başını açdı, anam onun keçəl olduğunu gördü. Soruşdu ki, Ceyran bu nədir? O da anama dedi ki, tamaşadakı roluma görə saçını qırxmışam. Anam da inandı. Çoxdan idi təntənəli ad günü etmirdi. Mənə dedi ki, istəyirəm ad günü edəm, hiss edirəm ki, sonuncu ad günümdür. Ana mahnısı oxundu. Başını anamın dizlərinə qoydu. Elə bil ki, sağollaşırdı. Yanvarın 4-ü günorta saatları idi. Özü uzandı, bir nöqtəyə baxdı və can verməyə başladı".
İlham Əsədov - Əməkdar artist: "Onunla həmişə dalaşırdıq. Elə olurdu ki, bir müddət danışmırdıq, amma görüşəndə yenidən danışırdıq niyə dalaşdığımızın bəhsini artıq etmirdik. Hər il küsərdik, bircə rəhmətə getdiyi il dalaşmamışdıq. Ömrünün sonuna qədər anası bilmədi ki, Ceyran xərçəng xəstəliyindən əziyyət çəkir. Ceyran öz əbədi dünyasına köçdü. Əbədi dünyan mübarək olsun".
Gülçöhrə Abdullayeva - Rəfiqəsi: "Uzun zaman ayrı düşmüşdük. Bacım dünyasını dəyişdi, onun da adı Ceyran idi. Bacımın üçünə gələndə mənə dedi ki, adaşım getdi, amma sənin bacın mənim bacım. Bacımdan sonra meylimi ona saldım. Bir dəfə gəlib mənə dedi ki, istəyirəm özümə ad günü keçirəm. Gözləri doldu. Deyəsən adaşımın yanana gedirəm, dedi".
Mirxanım Əzimova - Anası: "Başına dönüm, sənin yolunu səbirsizliklə gözələyirəm, ay Ceyran, tez gəl. Yuxumda görürəm onu. Mənə deyir, az qalıb gəlməyimə. Çox darıxıram onunçün".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !