Yuxunun azı da, çoxu da zərərdir - XƏBƏRDARLIQ

20:07 | 03.10.2014
Yuxunun azı da, çoxu da zərərdir - XƏBƏRDARLIQ

Yuxunun azı da, çoxu da zərərdir - XƏBƏRDARLIQ

Yetkin yaşlı insanlarda yuxusuzluq beynin yaşlanmasına və yaddaşın zəifləməsinə səbəb olur. 7 saatlıq yuxu ən idealı müddətdir. ANN.Az xəbər verir ki, araşdırmalar yetkin yaşlı insanlarda yuxusuzluq beynin kiçilməsinə və yaddaşın zəifləməsinə səbəb olduğunu göstərir. 66 yetkin yaşlı insan üzərində MRI testi aparılıb və onlar yatarkən nizamlı olaraq aparılan müşahidə nəticəsində bəlli olub ki, yuxusuzluq erkən yaşda ağlını itirməyə gətirib çıxara bilər. Sinqapurdakı Duke-NUS Universitetinin tibb fakültəsində aparılan araşdırmalara görə, yuxusuzluq problemi yaşayan fərdlərdə beyin mədəciyinin böyüdüyü və qavrama problemi yaşadıqları təsbit edilib. Bundan əvvəlki tədqiqatlar isə yuxusuzluğun yalnız hansısa qərarların ala bilmə, öyrənmə bacarıqlarının zəifləməsinə təsir göstərdiyini üzə çıxarmışdı. Amma Duke-NUS Universitetində aparılan araşdırma isə yuxusuzluğun beyin mədəçiyinin böyüməsi nəticəsi üzərində dayanır. Tətdiqatda iştirak edən 66 yetkin insan iki ildən bir MRI testindən keçirildi və onların beyin həcmləri, nevropsikoloji dəyişmələri elmi olaraq müşahidə edildi və yuxu müddətləri anketlərdə qeyd olundu. Daha az yuxu yatan insanlarda beyin mədəçiklərinin böyüdüyü və qavrama problemi yaşadığını təsdiq edən tədqiqatçılar az yuxunun beynin yaşlanmasına səbəb olması nəticəsinə gəldilər. Duke-NUS Universiteti araşdırma qrupunun başında dayanan Dr. June Lo böyüklər üçün 7 saatlıq yuxunun ən idealı olduğunu söyləyir. Tədqiqatlarını davam etdirən mütəxəssislər yetkin bir nəfərin normadan çox yatmasının da az yuxu qədər zərərli olduğunu təsdiq etdilər. Yaşları 50-64 arasında dəyişən, az qala 9 min adam üzərində aparılan təcrübə zamanı yalnız 6 saatdan az və ya 8 saatdan çox yatan yetkin insanların deyil, normaldan çox yatan fərdlərin də gecələri bir çox kabus gördüyü və qavrama mövzusunda çətinlik yaşadıqları müşahidə edilib.  Warwick Universitetində edilən təcrübələr göstərir ki, ilk dəfə çox yuxu yatmaqla az yuxu yatmağın nəticələri eynilik təşkil edir. Universitetin araşdırma qrupunda iştirak edən Michelle Miller yuxuya duyulan ehtiyacın və bunun bədən və beynə təsirinin yaş ilə birlikdə dəyişdiyini söyləyib: "Fiziki sağlamlıq üçün ən idealı 6-7 saatlıq yuxudur". Dr. Miller yuxusuzluğun obezite, yüksək təzyiq, şəkər və ürək xəstəliyi riskini artırdığını deyib. Eyni qrupa rəhbərlik edən prof. Francesco Cappuccioya görə isə "yetkin yaşlı insanlar gün ərzində kifayət qədər yuxu yatmaq, irəlidəki zamanlarda ortaya çıxa biləcək ağlını itirmə və Alzheimer kimi xəstəlikləri önləyə bilər. Yuxu bədən və beyin sağlamlığının məhək daşıdır. Yetkinlikdə nizamlı və kafi yuxu yatan bir fərd yaşlanan zaman mənfi təsirlərdən sığortalanmış olur, qərar vermə və yaddaş problemləri riski daha düşük olur".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM