Rusiyada Şərq kosmodromunun tikintisi zamanı yol verilən irimiqyaslı korrupsiya və obyektin tikintisinin illərdir tamamlanmaması prezident Vladimir Putini qəzəbləndirib.
"Yüz dəfə deyilib-təmiz işləyin! Böyük pullar ayrılır, layihə milli xarakter daşıyır. Yox! Yüz milyonlarla oğurlayırlar!”,-Putinin bu sözlərini Kremldə akreditə olunmuş jurnalist Dmitri Smirnov özünün Telegram-kanalında sitat gətirib.
Uzaq Şərqdə kosmodromun tikntisi 2012-ci ildə başlayıb, layihənin dəyəri 92 milyard rubl qiymətləndirilir. Obyektin istifadəyə verilməsi müddəti dəfələrə təxirə salınıb, 2015-ci ilin yanvarında aparılan hesablamalara görə layihədən 13 milyard rubl mənimsənilmişdi. (virtualaz.org)
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !