Alimlər İSON quyruqlu ulduzunun noyabrın 28-də Günəşə 600 min mil (təxminən 970 min kilometr) yaxınlaşacağını və əgər minlərlə dərəcə istilik səbəbilə parçalanmazsa, dünyada son 100 ilin ən parlaq quyruqlu ulduzu olaraq görünəcəyini deyiblər.
Mütəxəssislər qeyd ediblər ki, əgər ulduz parçalanmazsa, onu dekabr ayında sabaha az qalmış, yanvar ayında isə bütün gecəni adi gözlə görmək mümkün olacaq.
Sonuncu dəfə adi gözlə 1997-ci ildə quyruqlu ulduz görmək mümkün olmuşdu. Həmin il "Hale-Bopp" ulduzunu 18 ay izləmək mümkün olmuşdu.
Hazırda "ISON" ulduzunu teleskop ve durbinlərlə görmək mümkündür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !