Ötən gün axşam saatlarında İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində kütləvi həbs həyata keçirilib.APA xəbər verir ki, “Oyannews”-un verdiyi məlumata görə, İran nizam-intizam qüvvələri (polis) azərbaycanlı fəal Saleh Molla Abbasinin evinə basqın ediblər.Buna səbəb azərbaycanlı fəalların 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə tədbir keçirmək üçün toplanmaları olub. Ona görə də İran nizam-intizam qüvvələri ilə birlikdə əraziyə 15-ə yaxın polis avtomobili gəlib.Nəticədə polislərlə azərbaycanlı fəallar arasında toqquşma baş verib. Polislərin tanınmış azərbaycanlı fəal Abbas Lisaninin üzərinə silah çəkərək təhdid etdiyi bildirilir.Toqquşma yüzə yaxın azərbaycanlı fəalın həbsi ilə nəticələnib. Hazırda onların harada saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur. Saxlanılanlardan yalnız 17 nəfərinin ad və soyadları məlumdur, digərlərinin kimlikləri isə dəqiqləşdirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !