Yüzlərlə gənc qız Qərb ölkələrini tərk edərək, Yaxın Şərqə islamçılara qoşulmağa yollanır.
Axar.az xəbər verir ki, bu barədə İngiltərənin “Qardian” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, ölkələrini tərk edən qızlar 14-15 yaş arasındadırlar və onlar əsasən Suriyaya islamçılarla evlənib onlara uşaq doğmağa yollanır.
Məlumatda qeyd olunur ki, islamçılara (əsasən İŞİD-ə) qoşulan qızların 90 faizini Fransa vətəndaşları təşkil edir. Əldə olunan məlumatlara görə, 63 Fransa vətəndaşı olan qız Yaxın Şərqə yollanıb.
Britaniya ekspertləri bildiriblər ki, Birləşmiş Krallıq vətəndaşı olan təxminən 50-yə yaxın qız İŞİD-ə qoşulub.
Qəzet Avstriya və Almaniyadan da gənc qızların islamçılara qoşulmaq üçün ölkələrini tərk etdiklərini yazıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !