Öz dilini bilməyən mer cərimələndi - Latviyada

12:40 | 06.10.2017
Öz dilini bilməyən mer cərimələndi - Latviyada

Öz dilini bilməyən mer cərimələndi - Latviyada

Latviyanın ikinci böyük şəhəri olan Dauqavpilsin meri Rixard Eyqimis latış dilini kifayət qədər yaxşı bilmədiyinə görə cərimə olunub.

anews.az-ın məlumatına görə, cərimə respublikanın Dövlət Dili Mərkəzi tərəfindən tətbiq edilib.

Mərkəz dörd şikayət əsasında yoxlama aparıb. Eyqimis cəriməni ödəməli və altı ay müddətində öz dil biliklərini təkmilləşdirməlidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM