Ölkə ərazisində müşahidə olunan qarlı, yağışlı və şaxtalı hava şəraiti respublikanın digər ərazilərində olduğu kimi, paytaxtdakı sürüşmə sahələrini də aktivləşdirib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında bildirib ki, Bakıdakı sürüşmə sahəsi olan Zığda qismən aktivləşmələr müşahidə olunub. “Həmin ərazidə ümumi gərginlik qalmaqdadır, müəyyən dəyişikliklər var. Dünən həmin ərazidə müşahidələr aparılıb və məlum olub ki, evlərdə və yollardakı ümumi çatlarda genişlənmələr var. Sürüşmə prosesinin inkişafına təsir edən amil varsa, bu olmalıdır və olur. Yağışdan və qardan sonra mövcud sürüşmə əraziləri daha da aktivləşir”, - deyə o vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !