Zabit tağım komandirini bıçaqladı

13:10 | 30.12.2013
Zabit tağım komandirini bıçaqladı

Zabit tağım komandirini bıçaqladı

Şirvanda Fövqəladə Hallar Nazirliyinin zabiti tağım komandirini bıçaqlayıb.Şirvan şəhər polis idarəsindən AzVision.az-a verilən məlumata görə, dünən saat 21 radələrində Şirvan şəhər sakini 1988-ci il təvəlüdlü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, baş leytenant Musayev Samir Zahid oğlu əlində olan cib bıçağı ilə həmin şəhər sakini 1988-ci il təvəllüdlü Müdafiə Nazirliyinin tağım komandiri Quluyev Fuad Elman oğluna xəsarət yetirib və hadisə yerindən qaçıb.Hazırda Musayev Samir Zahid oğlunun tutulması istiqamətində polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfındən əməliyyat-axtarış tədbirləri davam etdirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM