Zahid Oruc: Gəlin, onları “işğal partiyası” adlandıraq!

14:52 | 20.12.2024
Zahid Oruc: Gəlin, onları “işğal partiyası” adlandıraq!

Zahid Oruc: Gəlin, onları “işğal partiyası” adlandıraq!

Ölkənin ictimai rəyində hökmranlıq etmək, rəqəmsal suverenliyimizi pozmaq və dövlət adamlarını linç edərək xalqı hakimiyyətin üstünə qaldırmaq istəyənlərlə savaşmaq Ermənistan ordusu ilə  döyüşmək deməkdir. Bunu Milli Məclisin deputatı Zahid Oruc deyib. 
 
Deputat bildirib ki, azad olunan torpaqlar kimi informasiya məkanı da "işğal"dan azad olunmalıdır
 
"Gəlin, adlarını çəkək- "Silikon vadisi” beyin mərkəzləri və Mərkəzi Kəşfiyyat İdarəsinin yaratdığı "Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi- OCCRP, USAİD, NED, NDİ və digər təzyiq institutları, məhkəmə-hüquq çəkişmələrində dünya erməni şəbəkəsinin açar isimləri Luis Okampo və Amal Kluni, Bakıya dönük çıxan Harri Kasparovun  "İnsan Hüquqları Fondu”, "Bellingcat” və "Blankspot” özəl kəşfiyyat şəbəkəsi, xaricdəki vətən xainləri-milli simasını itirən Mirzəli, Abbaslı, Osmanqızı və digər terror mediası, avropalı muzdlu məmur, parlamentari və bloger ordusu Zəfərimizi gözdən salaraq, ölkəmizi 27 sentyabra qədərki vəziyyətə qaytarmağa çalışırlar. Gəlin, onları "işğal partiyası” adlandıraq!", - deputat bildirib.
 
Deputat deyir ki,  44 gündə olduğu kimi, "Vətən informasiya müharibəsi” aparmaq lazımdır, lakin bu savaşın silahı tanklar, toplar, raketlər deyil, sözdür, qələmdir, klaviaturadır, virtual tribunalar və səngərdir.


Zahid Oruc təklif edib ki, Türk dövlətləri arasında informasiya məkanını qorumaq üçün Bakı bəyənnaməsi imzalansın!


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM